PSJ-nin baş məşqçisi Luis Enrikeyə klubun Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi tərəfindən Kilian Mbappeyə borclu olduğu 55 milyon avronu ödəməyə məcbur edildiyi barədə sual ünvanlanıb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, ispan mütəxəssisin məsələyə münasibət belə olub:
"Mən bu haqda nəsə demək istəmirəm".
Qeyd edək ki, sözügedən qurumun çıxardığı qərara rəğmən, PSJ özünü haqlı tərəf sayır və Mbappe ilə məhkəmə çəkişməsinə hazırdır.
Nihat