"İnter Mayami"nin superulduzu Lionel Messi zədədən sonra yaşıl meydanlara dönüb.
Fanat.Az xəbər verir ki, argentinalı hücumçu MLS-də "Filadelfiya Yunion"la matçda iştirak edib.
37 yaşlı oyunçu komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"İnter Mayami" - "Filadelfiya Yunion" - 3:1
Qollar: Ure, 2 (0:1), Messi, 26 (1:1), 30 (2:1), Suares, 90+8 (3:1)
Bu, "İnter Mayami"nin ardıcıl 5-ci qələbəsi olub.