"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının hücumçusu Erlinq Holandın İngiltərə təmsilçisində karyerasının ən yaxşı dönəmini yaşadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ESPN onun sözlərini belə çatdırıb:
"Deyərdim ki, o, indi formasının zirvəsindədir. Amma hələ cəmi 4 oyun olub. Holandın hazır olub-olmadığını soruşmamışam. Hazır olmasaydı, özü yanıma gəlib bu barədə danışardı. O, inanılmaz silahdır. Biz komandadakı bütün oyunçuların qayğısına qalırıq. Oyunlar zamanı isə kimsə sifətindən zərbə də alsa, şəxsi hər şey ikinci plana keçirilməli, unudulmalıdır".
Nihat