"Yuventus"un sabiq kapitanı Corco Kyellini Turin təmsilçisinə qayıdıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, milli və beynəlxalq futbol qurumları ilə işləyəcək.
Kyellini sentyabrın 16-da institusional futbol əlaqələri rəhbəri kimi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, 40 yaşlı Corco 2005-2022-ci illərdə "Yuventus"da çıxış edib.