Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunun heyətində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası Albaniya çempionatının 5-ci turu çərçivəsində “Bilis”lə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb. Zamiq Əliyev də görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Eqnatiya” 5 turdan sonra 10 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Eyni xala malik “Vlajniya” isə birincidir.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna bu ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 8 oyuna çıxıb.