Braziliyalı ulduz futbolçu Junior Neymar "Real Madrid"də çıxış edən həmyerliləri ilə söhbətində Kilian Mbappe haqda sərt ifadələr işlədib.
Fanat.Az xəbər verir ki, bunu jurnalist Siril Anuna "Europe 1"-ə açıqlamasında bildirib.
O, deyib ki, forvard Vinisius Junior, Rodriqo və digər Madrid oyunçuları ilə Mbappenin transferini müzakirə edib:
“Real Madrid”dəki braziliyalılar Neymarla dostdurlar. Neymarla Mbappe arasında isə həmişə müharibə olub. Neymar braziliyalılara Mbappe haqqında mesaj göndərib və onlara Mbappe ilə oynamağı fəlakət adlandırıb, bunun cəhənnəm kimi bir şey olduğunu yazıb”.
Qeyd edək ki, Mbappe "Real"ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 4 qol vurub.
Mirağa