İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbə 28 yaşlı futbolçunun xidmətində "Betis"in maraqlı olduğunu vurğulayıb. Məlumata görə, Sevilya təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini onun komandaya fayda verə biləcəyinə inanır.
Qeyd edək ki, Alli 2023-cü ilin fevralında "Beşiktaş"da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan oynamır. Onun "Everton"la müqaviləsinin müddəti bu yay başa çatdığı üçün hazırda azad agent statusu daşıyır.