"Jirona"nın baş məşqçisi Mişel La Liqanın 5-ci turunda "Barselona"ya məğlubiyyətdən (1:4) sonra rəqibin vingeri Lamin Yamalın səviyyəsini yüksək qiymətləndirib.
Fanat.Az xəbər verir ki, ESPN təcrübəli mütəxəssisin oyunsonrası mətbuat konfransında dediklərini belə çatdırıb:
“Lamin meydanda fərq yaradan oyunçudur. Mənə görə, o, 17 yaşında dünyanın ən yaxşı oyunçularından biridir. Messidən sonra onun yerini dolduracaq hansısa oyunçunu təsəvvür etmək çətindir, amma fikrimcə, Lamin onun səviyyəsinə çatmağa qadirdirr”
Qeyd edək ki, ispaniyalı futbolçu "Jirona" ilə görüşün 30 və 37-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb.
Yamal bu mövsüm La Liqada 5 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mirağa