Xorvatiyalı ulduz futbolçu Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, müdafiəçinin yeni iş yeri PAOK olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2026-cı ilin ortalarına qədər davam edəcək əmək müqaviləsi bağlayıblar. 35 yaşlı oyunçu Yunanıstan yığmasında 6 nömrəli forma geyinəcək.
Qeyd edək ki, Lovrenin əvvəlki klubu Fransanın "Olimpik Lion"u olub.
Mirağa