"Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix karyerasını digər Avropa nəhəngində etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport1" yayıb.
Mənbə PSJ-nin 29 yaşlı oyunçu ilə maraqlandığını, lakin bu keçidin reallaşmaq ehtimalının yüksək olmadığını bildirib. Xəbərə görə, "Bayern"in idman direktoru Maks Eberl faktı təsdiqləsə də, Yozua ilə Camal Musialanı heyətdə saxlamaq istədiklərini açıqlayıb.
Qeyd edək ki, Kimmixin "Bayern" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Ötən mövsüm münhenlilərin forması ilə bütün turnirlərdə 43 matça çıxan orta xətt oyunçusu 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat