Komandanın startdakı çıxışından razı qalmayan "Stok Siti" rəhbərliyi baş məşqçi Stiven Şumaxeri qovub.
Fanat.Az "The Telegraph"-a istinadən xəbər verir ki, beş turdan sonra cəmi altı xal toplaya bilən Çempionşip təmsilçisi vakant posta namizədləri müəyyənləşdirib.
Mənbənin məlumatına görə, baş məşqçi postuna Frenk Lempard və Qrem Potter namizəddir.
Qeyd edək ki, "Stok Siti" sonuncu dəfə 2018/19 mövsümündə Premyer Liqada çıxış edib. Həmin mövsümün sonunda 19-cu yeri tutaqar Çempionşipə yuvarlanan komanda hələ də geri qayıda bilmir.
Mirağa