Türkiyənin "Antalyaspor" klubu ukraynalı yarımmüdafiəçi Aleksandr Petrusenkonun transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Xorvatiyanın "İstra" klubunun futbolçusu ilə 2 illik müqavilə imzalanıb. "Transfermarkt"-ın məlumatına görə, "Dinamo Kiyev"in yetirməsinin transfer qiyməti 500 min avro olub.
Ukraynanın gənclər millisinin sabiq üzvü Ukraynada "Hirnyk-Sport" və "Minay" komandalarında çıxış etdikdən sonra 2022-ci ildə Macarıstan "Honved"inə keçib, daha sonra Xorvatiyaya yollanıb. O, "İstra"da ümumilikdə 69 oyun keçirib və cəmi 1 qol vurub.
Mirağa