İngiltərənin "Liverpul" klubu "Mançester Yunayted"in yetirməsi Anxel Qomesi transfer etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Liverpool Echo" yayıb.
Xəbərə görə, "qırmızılar"ın nümayəndəsi hücumameyilli yarımmüdafiəçini son olaraq İngiltərə millisinin İrlandiya və Finlandiya ilə matçlarında izləyərək onun oyunundan razı qalıb.
Qomesin "Lill"lə müqaviləsi yayda başa çatacağı üçün "mersisaydlılar" onu azad agent kimi transfer etməyi düşünür. Bununla belə, Arne Slottun komandası bu keçid üçün "Nyukasl" və "Tottenhem"lə rəqabətə qalib gəlməli olacaq.
24 yaşlı Anxel Liqa 1-in cari mövsümündə cəmi 5 oyun keçirib.
Mirağa