"Şeffild Yunayted"in müdafiəçisi Anel Ahmedhociç Bosniya və Herseqovina millisindən ömürlük uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən yığmanın mətbuat xidməti yayıb:
"Heç kim, hətta cənab Anel Ahmedhociç də millidə nə vaxt oynayacağını özü müəyyənləşdirə bilməz. "Müvəqqəti imtinalar" heç vaxt qəbul edilməyəcək. Millidə oynamaq müqəddəs borcdur, ən yüksək hədəfdir. Sən seçmirsən, səni seçirlər!"
Qeyd edək ki, 25 yaşlı oyunçu bir müddət öncə millidə oynamaqdan müvəqqəti imtina etdiyini açıqlamış, eləcə də yığmanın həkimlərini işlərinə qeyri-ciddi yanaşmaqda suçlamışdı.
Ahmedhociç ölkəsinin seçməsində 24 oyuna çıxaraq 1 qol müəllifi olub. O, 2020-ci ildə İsveç yığmasında da 1 matç keçirib.
Nihat