Cənubi Koreya polisi "Mançester Yunayted"in sabiq futbolçusu, hazırda “Seul” klubunun formasını geyinən Cessi Linqardın elektrikli skuter sürməsi ilə bağlı araşdırmalara başlayıb.
Fanat.Az "n.news.naver.com"a istinadən xəbər verir ki, hadisə bazar ertəsi, axşam saatlarında qeydə alınıb.
Linqard sosial şəbəkədə elektrikli skuterlə getməsi barədə paylaşım edib və sonradan onu silib. Polis 31 yaşlı futbolçunun skuteri sərxoş halda idarə edib-etmədiyini və beynəlxalq sürücülük vəsiqəsinin olub-olmadığını üzə çıxarmağa çalışır.
İş ondadır ki, 2021-ci ildən Cənubi Koreyada elektrikli skuterləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur.
Qeyd edək ki, Linqard ötən ilin yayında Böyük Britaniyada sürət həddini aşdığına və sərxoş halda avtomobil idarə etdiyinə görə 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib.