"Bayern Münhen"in idman direktoru Maks Eberl klubla müqaviləsinin müddəti gələn yay başa çatacaq Yozua Kimmixlə bağlı gələcək planları açıqlayıb.
Fanat.Az xəbər verir ki, Eberlin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Biz Yozua Kimmixin layihənin əsas siması olmasını istəyirik. Onun oyunu, hazırlığı, ürəyi... Hə, Yozua bunun üçündür... O, gələcəkdə "Bayern"in kapitanı olmalıdır. Amma öncə müqavilə yeniləməliyik!"
Daha öncə Kimmixin "Mançester Yunayted" və PSJ kimi Avropa nəhənglərinin əsas transfer hədəflərindən biri olduğu barədə məlumatlar yayılmışdı.
Nihat