Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə klubunun mətbuat xidməti yayıb.
Kenan Koçakla 1+1 illik müqavilə imzalandığı bildirilib. O, bu vəzifədə Cihat Arslanı əvəzləyib.
Qeyd edək ki, Dadaşov bu mövsüm "Ankaragücü"nün heyətində 5 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun komandası Türkiyə 1-ci Liqasının turnir cədvəlində 13-cü yerdədir.