UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində Zaqreb "Dinamo"su ilə baş tutan oyun "Bayern"in hücumçusu Tomas Müller üçün əlamətdar olub.
Fanat.Az "Opta Sport"-a istinadən xəbər verir ki, təcrübəli forvard münhenlilərin heyətində Çempionlar Liqasında 152-ci matçına çıxıb.
Bu isə yeni dünya rekordudur. O, bir komandanın heyətində ÇL-də keçirdiyi oyun sayına görə əvvəlki rekordçu, "Barselona"lı Xavini geridə qoyub.
Qeyd edək ki, Müller "Dinamo" ilə qarşıdurmanın 68-ci dəqiqəsində Camal Musialanın əvəzinə meydana daxil olub.
"Bayern" öz meydanında xorvatları 9:2 hesabı ilə darmadağın edib.
Mirağa