"Real Madrid"in gənc futbolçusu Endrik komandanın sabiq üzvü Raul Qonsalesin rekordunu qırıb.
Fanat.Az xəbər verir ki, braziliyalı hücumçu İspaniya nəhəngində qol vuran ən gənc futboloçu olub.
18 yaşlı oyunçu bunu ötən gün UEFA Çempionlar Liqasında "Ştutqart"ı 3:1 hesabı ilə yendikləri matçın 90+5 ci dəqiqəsində fərqlənməklə reallaşdırıb. O, 18 yaş 58 günlüyündə rəqib qapısına yol tapıb.
Raul 1995/1996 mövsümündə 18 yaş 113 günündə olarkən Macarıstan təmsilçisi "Ferentsvaroş"a qol vurmuşdu. "Real"ın əfsanəsi sözügedən görüşdə het-trik etmişdi.