"Mançester Yunayted"in sabiq hücumçusu Antoni Marsyal karyerasını Yunanıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 28 yaşlı fransız bu gün Afinaya gələrək AEK ilə rəsmi müqavilə imzalayacaq.
Bu barədə klub sosial şəbəkə hesabı vasitəsilə açıqlama yayıb.
Bu yay "Mançester Yunayted"dən ayrılan Marsyal yeni klubu ilə azad agent kimi anlaşıb. O, 2015-ci ildən “qırmızı şeytanlar”ın oyunçusu idi. Forvard İngiltərə nəhənginin heyətində 317 oyun keçirib və 90 qol vurub.
O, karyerası ərzində "Monako", "Sevilya" və "Lion"da da çıxış edib. Forvard Fransa millisində 30 oyuna çıxaraq 2 qola imza atıb.
Mirağa