"Milan"ın baş məşqçisi Paulu Fonseka Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda evdə "Liverpul"dan aldıqları məğlubiyyəti (1:3) şərh edib.
Fanat.Az xəbər verir ki, "Sky Sport" onun sözlərini belə çatdırıb:
"Yaxşı başladıq, amma sonradan standart vəziyyətlərdən iki qol buraxdıq. Bu məqam oyunun taleyini dəyişdi. Belə matçlarda səhv etmək olmaz. Oyuna lazımi şəkildə köklənmədiyimzi düşünmürəm. Fikrimcə, biz qol buraxandan sonra tarazlıq pozuldu. "Liverpul" kimi rəqibə qarşı matçda səhvlər edirsənsə, yol verdiyin xətalar həlledici olur. "Liverpul"un bizdən yaxşı oynadı".
Nihat