Argentinalı məşhur veteran futbolçu Xuan Roman Rikelme hücumçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak etməli olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, "Goal" Rikelmenin dediklərini belə təqdim edib:
“Onun nəyə qadir olduğunu heç vaxt bilmirsən. Əminəm ki, Lionel 2026-cı il dünya çempionatında oynayacaq. Hamımız onu Argentina millisində görmək istəyirik. Leo hələ də yaxşıdır və yarışmağı sevir. Messi artıq hər şeyi qazanıb, amma dayanmaq istəmir”.
Xatırladaq ki, növbəti dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada baş tutacaq. Argentina DÇ-nin son qalibidir.
Mirağa