İtaliyalı veteran hücumçu Salvator Skillaçi vəfat edib.
Fanat.Az "Euro-football"-a istinadən xəbər verir ki, o, 59 yaşında dünyasını dəyişib.
Sabiq futbolçu uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu.
Xatırladaq ki, Skillaçi 1997-ci ildə futbolçu karyerasını bitirib. O, 1990-cı il dünya çempionatında, İtaliyanın bürünc mükafat qazandığı mundialda bombardiri olub. "Azzurra Skuadra"nın heyətində 16 oyun keçirib və 7 qol vurub.
Salvator klub karyerasında "Messina", "Yuventus", "İnter" və Yaponiyanın "Jubilo İvata" klublarında çıxış edib. O, iki dəfə UEFA Kubokunu və bir dəfə İtaliya Kubokunu qazanıb.
Mirağa