Braziliya yığmasının və Milan "İnter"inin sabiq hücumçusu, karyerasını 8 il öncə bitirmiş Adriano vida matçı təşkil edəcək.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, 42 yaşlı veteran Braziliya "Flamenqo"su və "İnter" arasında keçiriləcək oyunda meydana çıxacaq.
Görüş dekabrın 15-də reallaşacaq.
Qeyd edək ki, Adrianonun son iş yeri ABŞ-nin "Mayami Yunayted" klubu olub. O, Braziliya millisində 48 oyuna çıxaraq 27 qol vurub.
Nihat