Xorvatiya millisinin futbolçusu İvan Perişiçin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Niderlandda davam etdfirəcək.
Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Onun bildirdiyinə görə, Perişiç PSV ilə anlaşıb. O, sözügedən klubla hər şeyi razılaşdırıb. Sadəcə, ulduz futbolçu tibbi müayinələrdən keçdikdən sonra Niderland nəhəngi ilə müqavilə imzalayacaq. Xorvatiya millisinin oyunçusu PSV-yə azad agent kimi gələcək. Onunla mövsümün sonuna qədər müddətə müqavilə imzalanacaq.
PSV "Ayaks" və "Feyenoord" ilə birlikdə Niderland futbolunun böyük "üçlüy"ündən biridir. Klub tarixində 25 dəfə ölkə çempionluğunu qazanıb. Onun son klubu Xorvatiyanın "Hayduk" klubu olub.
Mirağa