"Milan"ın ispan hücumçusu Alvaro Morata Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda evdə "Liverpul"dan aldıqları məğlubiyyətə (1:3) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sport" onun sözlərini belə çatdırıb:
"Oyuna yaxşı başladıq, amma standart vəziyyətdən ardıcıl iki qol buraxmaq ağır oldu. Çox işləmək lazımdır. Çətin durumlarda yaxşı reaksiya verməliyik. Belə komandalarla oyunlarda istənilən xırda detal nəticəyə təsir edə bilir".
Xatırladaq ki, Milan matçın 3-cü dəqiqəsində Kristian Pulişiçlə hesabı açsa da, sonradan 3 qol buraxaraq uduzub.
Nihat