"Milan" rəhbərliyi komandanın baş məşqçisi Paulu Fonseka ilə əməkdaşlığa son qoya bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, idarəçilərin bəziləri Çempionlar Liqasının I turunda "Liverpul"a məğlubiyyətdən (1:3) sonra 51 yaşlı mütəxəssisin istefaya göndərilməsini istəyirlər.
Hətta onun sentyabrın 22-də A Seriyasında "İnter"lə matçdan sonra da qovula biləcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Fonseka iyuldan "qırmızı-qaralar"ı çalışdırır. Komanda onun rəhbərliyi altında çıxdığı beş matçda 2 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə görüb.