PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Jirona" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Başlağıc yetərincə ləng idi. Ağır idi, biz səhlənkarlığa yol verir, ötürmələri nəzərdən qaçırırdıq. Rəqib nəyin hesabına Çempionlar Liqasına düşdüyünü və böyük komandaya çevrildiyini göstərdi. Başlanğıc məni sevindirmədi, amma ikinci hissəyə görə şadam.
Bizim real qol imkanlarımız oldu. İki və ya üç epizodda qol vurmalı olsaq da, bacarmadıq. Qolu görmədim, lakin 3 xal qazandıq. Azarkeşlər bizi 90 dəqiqə dəstəklədilər. Həmişə qələbə ilə başlamaq lazımdır. Rəqiblərin səviyyəsini nəzərə alsaq, indidən nəyin necə olacağını, bizi nə gözlədiyini deyə bilmərik".
Nihat