İspaniya millisinin sabiq hücumçusu David Vilya "Barselona"nın 17 yaşlı vingeri Lamin Yamalın argentinalı superulduz Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Lamin xüsusi oyunçudur. O, unikaldır. Əvvəllər beləsini görməmişik. Təbii ki, yaşına görə çox inkişaf edib, amma əvvəllər də demişəm ki, onu Messi ilə müqayisə etmək səhvdir. Bu, yalnız Laminə yox, hamıya aiddir. İstər Yamal olsun, istər Mbappe, istərsə də Holand, fərq etmir.
Yamalı Messi ilə müqayisə etmək olmaz, çünki Lionel hamıdan fərqlidir. Bu başqa məsələ ki, Yamalın etdiklərini izlədikcə istedadının sərhədlərini görə bilmirik".
Nihat