"Çelsi"nin vingeri Mixail Mudrik qış fasiləsində iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMTalk" yayıb.
Xəbərə görə, İngiltərə nəhəngində ümidləri doğrultmayan ukraynalı icarəyə verilə və ya satıla bilər. Mənbə Mudriklə bir neçə İngiltərə klubu ilə yanaşı, "Bayern Münhen" və "Olimpik Marsel"in də maraqlandığını vurğulayıb.
Xatırladaq ki, Mudrik cari mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 2 oyuna çıxıb. Sözügedən futbolçu bu qarşılaşmaların hər ikisində təxminən yarım saat meydanda olub.
Nihat