"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Mark Bernala kitab hədiyyə edib.
Fanat.Az "Catalunya Radio"-ya istinadən xəbər verir ki, alman mütəxəssis İspaniya çempionatının 3-cü turunun "Rayo Valyekano" ilə matçında (2:1) ciddi zədə alan futbolçunu xəstəxanada ziyarət edib.
Bernak sol dizinin ön çarpaz bağını qoparıb və cərrah bıçağı altına uzanmaq məcburiyyətində qalıb. Matçdan sonra komandasının "kədərli qələbə" qazandığını deyən Flik xəstəxanada yetirməsinin palatasına baş çəkib.
"Barselona"nın baş məşqçisinin 17 yaşlı futbolçuya xüsusi hədiyyəsi çətin anlardan necə çıxacağına dair kitab olub. Flik Markı motivasiya edib və ona sağalmaq üçün tələsməməli olduğunu bildirib. Məşqçi Bernala "Səni böyük karyera gözləyir" deyib.
Qeyd edək ki, "Barselona" Flikin rəhbərliyi altında 5 oyunda 5 qələbə qazanıb və hazırda turnir cədvəlinə başçılıq edir.
Mirağa