Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Kayserispor"i qəbul edib.
Gərgin keçən qarşılaşmada "Trabzonspor" son dəqiqələrdə vurduğu qollarla məğlubiyyətdən qaça bilib - 2:2.
Qeyd edək ki, Türkiyə Super Liqasında 6-cı tura bu gün start veriləcək.
Türkiyə Superliqası
3-cü turun oyunu
19 sentyabr
"Trabzonspor" – "Kayserispor" 2:2
Qollar: Bozok, 89, 90+8 - Kaldırım, 12, Boa Morte, 63.