"Mançester Siti" "Arsenal"la vacib oyuna ciddi itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçisi Kevin De Bröyne komandaya kömək etməyəcək.
Məlumatı insayder Devid Makdonnel yayıb.
Belçikalı Çempionlar Liqasının "İnter"lə matçın (0:0) ilk yarısında zədələnib və fasilədə əvəzlənib. 33 yaşlı futbolçunun tezliklə sıraya qayıda biləcəyi gözlənilsə də, "Mançester Siti" onun sağlamlığını riskə atmaq istəmir.
Kevin De Bröyne bu mövsüm bütün turnirlərdə Pep Qvardiolanın komandasının heyətində 6 matçda 1 qol və 1 məhsuldar ötürmə edib.
Mirağa