"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts Çempionlar Liqasında debüt edib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu Niderlandın "Feyenoord" komandası ilə matçın 5 və 36-cı dəqiqələrində fərqlənərək dubla imza atıb.
"Opta"-nın məlumatına görə, Virts Çempionlar Liqasında debütdə iki və ya daha çox qol vuran ilk alman futbolçu kimi tarixə düşüb.
Xabi Alonsonun yetirmələri turnirə böyükhesablı qələbə ilə başlayıb - 4:0.
"Bayer" oktyabrın 1-də ikinci tur çərçivəsində "Milan"ı qəbul edəcək.
Mirağa