UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Monako"ya uduzan (1:2) "Barselona"nın yarımmüdafiəçisi Erik Qarsiya klub tarixinin antirekorduna imza atıb.
Fanat.Az "OptaJose" portalına istinadən xəbər verir ki, Qarsiya Kataloniya təmsilçisində indiyədək ÇL matçında ən erkən qırmızı vərəqə alan futbolçu olub.
O, 10-cu dəqiqədə meydandan qovulub.
Xatırladaq ki, "Barselona" ÇL-dəki növbəti oyununu oktyabrın 1-də "Yanq Boyz"a qarşı keçirəcək.
Nihat