Hazırda Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası prezidentinin müşaviri vəzifəsini icra edən UEFA-nın sabiq prezidenti Mişel Platini futbol qaydalarına əsaslı dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edib.
Fanat.Az xəbər verir ki, son vaxtlar qeyri-adi fikirlərlə gündəmə gələn fransalının yeni ideyası barədə dediklərini "RMC Sport" belə çatdırıb:
“Təklif edirəm ki, hər komandadan bir oyunçu çıxarıb on nəfərlə oynayaq. Keçən əsrdə 11 nəfərlik komandalarda oynayırdılar. Çünki oyunçular indikindən daha kiçik və daha yavaş qaçırdılar. O vaxtlar futbolçular fiziki cəhətdən daha zəif idilər. Oyunçuların sayını azaltmaq yaxşı olar. Belədə meydanda yer boşalacaq”.
Xatırladaq ki, 69 yaşlı Mişel Platini bir müddət əvvəl futbolun olimpiya idman növü olmadığını deyib.
Mirağa