İsveçrə millisinin sabiq kapitanı Zlatan İbrahimoviç karyerasını bitirməyəcəyi halda, yaşıl meydanlarda nə edə biləcəyini deyib.
Fanat.Az xəbər verir ki, 43 taşlı İbra "YouTube" üzərindən yayımlanan "First We Feast" kanalına danışıb:
"Hər oyunun son 20 dəqiqəsində meydana çıxa bilərdim. 100 faiz. Bu 20 dəqiqə mövsümə 15-20 qol vurmağıma bəs edərdi. Kuboklarda da daha 10 qol. Mən formasını geyindiyim komanda üçün hər oyunda 20 dəqiqə oynayaraq 30 qol vurardım. Təsəvvür edin, oyunun sonlarında rəqib oyunçular yorulur və meydana mən çıxıram. Bunu eqom demir. Real faktı deyirəm".
Xatırladaq ki, İbrahimoviç ötən ilin iyununda peşəkar karyerasını başa vurub. O, hazırda "Milan"da rəhbərliyin baş məslətçisi vəzifəsini tutur.
Nihat