"Bayern Münhen"in yeni idman direktoru Kristof Froynd komandanın hücumçusu Matis Telin icarəyə veriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Matiasın yanvarda icarəyə verilməsi müzakirə mövzusu deyil. O, mövsümə hazırlıq dönəmində xoş təəssürat yaradıb. Tel hələ çox gəncdir. Özünə tənqidi yanaşır və durmadan çalışır. Ona görə narahat deyiləm".
Xatırladaq ki, Tel bu ilin martında münhenlilərlə müqaviləsinin müddətini 2029-cu ilin yayınadək uzadıb.
Nihat