"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin La Liqanın 6-cı turunda "Vilyarreal"la matçda zədəsinin təfərrüatları məlum olub.
Fanat.Az xəbər verir ki, 32 yaşlı qolkiper ilk hissənin sonunda rəqib futbolçu ilə toqquşma nəticəsində zədələnib.
Qapıçı meydançadan xərəkdə aparılıb.
AS-ın məlumatına görə, Ter Ştegenə sağ diz vətərinin yırtığı diaqnozu qoyulub. Həkimlərin ilkin diaqnozu təsdiqlənərsə, qapıçı mövsümün qalan hissəsini buraxa bilər.
"Barselona"a "Vilyarreal"a 5:1 hesabı ilə qalib gəlib.
Mirağa