“Mançester Siti”nin yarımmüdafiəçisi Mateus Nunes mobil telefon oğurladığı üçün sentyabrda Madriddə həbs edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "El Mundo" yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı portuqaliyalı ilə bağlı insident sentyabrın 8-də İspaniyanın paytaxtında "La Riviera" gecə klubunda baş verib. Nunes tualetdə onun fotosunu çəkən şəxsin cib telefonunu alaraq qaytarmayıb.
Həbs edilən Nunes polis bölməsinə aparılıb və ifadəsi alınıb. Futbolçuya qarşı oğurluq ittihamı irəli sürülüb və bir neçə saat sonra məhkəməni gözləməsi şərti ilə sərbəst buraxılıb.
Nunes 2023-cü ildə 62 milyon avroya "Vulverhempton"dan "Mançester Siti"yə keçib. O, bir gün əvvəl Çempionlar Liqasında "Slovan"la matçda (4:0) 90 dəqiqə meydanda olub. Ümumilikdə o, "şəhərlilər"in heyətində 35 oyun keçirib.
Mirağa