"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda səfərdə "Benfika"dan aldıqları ağır məğlubiyyəti (0:4) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:
"Matç bizim üçün uğursuz alındı. Oyuna nəzarət edə bilmədik. Rəqib bütün səhvlərimizdən effektli şəkildə istifadə etdi. Onları uğurlu oyun münasibəti ilə təbrik edirəm."Benfika" oyun ərzində inamlı təsir bağışladı və çox sayda qol imkanı yaratdı. Hələ ilk yarıda matçın bizim istədiyimiz ssenari ilə getmədiyi sezilirdi. İkinci yarıdakı penalti isə qırılma nöqtəsi oldu".
Xatırladaq ki, "Atletiko" 1-ci turda "Leyptsiq"i 2:1 hesabı ilə məğlub etmişdi.
Nihat