"Bayern Münhen"in və Almaniya millisinin sabiq futbolçusu Ditmar Haman ingilis hücumçu Harri Keyni tənqid edib.
Fanat.Az xəbər verir ki, "Sky Sport" onun sözlərini belə çatdırıb:
"Onu "Bayern"ə "Darmştadt"la oyunda het-trik etməyə gətirməyiblər. Keyni bu kluba "Bayer Leverkuzen"ə, "Aston Villa"ya qol vurması, Çempionlar Liqasının 1/4 finalında nəyə qadir olduğunu göstərməsi üçün transfer ediblər. Hələ gözlənilənləri verməyib, amma ona hələ də skeptik yanaşıram".
Xatırladaq ki, Bundesliqanın son turunda evdə "Beyer Leverkuzen"lə heç-heçə edən (1:1) "Bayern Münhen" Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda qonaq qismində "Aston Villa"ya uduzub - 0:1.
Nihat