ABŞ təmsilçisi "İnter Mayami" 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında oynamaq şansı əldə edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, Devid Bekhemin klubu turnirə ev sahibliyi edən ölkənin təmsilçisi kimi turnirə dəvət ala bilər.
Lionel Messi, Luis Suarez, Serxio Busqets və Jordi Albanın yer aldığı komanda MLS-in müntəzəm mövsümünün qalibi olub. FİFA-nın oktyabrın sonuna kimi "İnter"ə dəvəti təsdiqləyəcəyi gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin yayında 32 komandanın iştirak edəcəyi yeni formatlı Klublararası Dünya Çempionatı ABŞ-da keçiriləcək.
Mirağa