"Liverpul"un vingeri Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Mənbənin sözlərinə görə, PSJ misirli forvardla yaxından maraqlanır. Parislilər 32 yaşlı futbolçunu azad agent statusu alacağı 2025-ci ilin yayında almaq üçün əsas namizəddir. PSJ ulduz futbolçuya 3 illik müqavilə təklif etmək istəyir.
Məhəmməd Salah 2024/25 mövsümündə "Liverpul"un heyətində 9 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə edib.
Mirağa