"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Real"ın müdafiəçisi Daniel Karvahalın ciddi zədələnməsinə münasibət bildirib.
Fanat.Az "Marca"-ya xəbər verir ki, almaniyalı mütəxəssis La Liqanın 9-cu turunun "Vilyarreal"la görüşdə (2:0) zədələnən 32 yaşlı ispan futbolçunun sıradan çıxmasına üzlüdüyünü deyib:
"Təbii ki, çox üzgünəm. Bütün "Barselona" adından Daniyə uğurlar arzulayıram!"
Karvaxal "Vilyarreal"la matçın sonunda rəqiblə toqquşduqdan sonra meydanı xərəklə tərk edib. Tibbi müayinədən sonra Daninin çarpaz diz bağının yırtıldığı, onun tam sağalmasının bir il çəkə biləcəyi məlum olub.
"Real Madrid" 9 turda 21 xal toplayıb və İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. "Kral klubu" lider "Barselona"dan 3 xal geri qalır.
Mirağa