"Real Madrid" ağır zədə alaraq uzun müddətə sıradan çıxan müdafiəçisi Daniel Karvaxalın yerinə yeni futbolçu transfer etmək üçün axtarışlara başlayıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" 21 yaşlı Kastello Lükebanın transferi üçün "Leyptsiq"lə danışıqlara başlayıb.
Xəbərə görə, digər namizədlər iki 18 yaşlı arxa xətt oyunçuları - "Ayaks"dan Yorrel Xato, "Palmeyras"dan Vitor Reysdir. Mənbə "Liverpul"un futbolçusu Trent Aleksander Arnoldun heyətə qatılmasının da müzakirə edildiyini diqqətə çatdırıb.
Xatırladaq ki, Karvaxalın xaçvarı diz bağları qopub. Onun əməliyyat ediləcəyi və cari mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Nihat