İtaliya A Seriyasının 7-ci turunda "Milan" rəqib meydanında "Fiorentina"ya uduzub.
Fanat.Az xəbər verir ki, “rossoneri”nin baş məşqçisi Paulo Fonseka oyundan sonra komandasının çıxışını şərh edib.
"Magogo" portuqaliyalı mütəxəssisin dediklərini belə təqdim edib:
"Futbolu sevən bir insan kimi, bu sirkdə iştirak etmək istəmirəm. Bu oyunda meydanda baş verən hər şey - fərqi yoxdur lehimizə və ya əleyhimizədir - şou idi. Cərimə meydançasında oyunçulara ən kiçik toxunuşa görə penalti təyin etsən, futbol artıq futbolluqdan çıxır.
Çıxışımıza gəlincə, yaxşı oynadıq, buna görə "Fiorentina"nın çox qol şansı olmadı. Bizim çatışmayan cəhətimiz aqressivlik idi. İlk hissədə topu oyuna daxil etdikdən sonra qol buraxmaq, uzaqdan zərbədən sonra ikinci qolu qapında görmək çox bəsit idi. Futbolçularıma dedim ki, bu, taktiki problem deyil, müdafiə və hücumda aqressivliyin olmamasıdır”.
Qeyd edək ki, "Fiorentina"ya 1:2 hesabı ilə uduzan "Milan" növbəti oyununu evdə "Udineze"yə qarşı keçirəcək.
Mirağa