Fransa millisinin baş məşqçisi Didye Deşam "xoruzlar"ın dopinq testi müsbət nəticələnən yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddətinn 4 ildən 1,5 ilə endirilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:
"Pol üçün yenidən işıq yanır. O, müəyyən mərhələlərdən keçməlidir, amma bu, əla xəbərdir. Mart ayından matçlara çıxa biləcək. Çətin dönəmdə onunla tez-tez telefonla danışırdım. Cəza hələ də qüvvədədir. Bununla belə, daha əvvəlki qədər ağır deyil. Artıq Poqba bilir ki, martdan çox sevdiyi işi görəcək".
Nihat