"Yuventus"un sabiq müdafiəçisi Leonardo Bonuççi karyerası ərzində ən çox hansı futbolçuya qarşı oynamağa çətinlik çəkdiyini deyib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"Nə Ronaldudur, nə də Messi. Duvan Sapatanı deyərdim. Sapata "Atalanta"da çıxış edəndə ona qarşı oynamışam. Adama meydanda cəhənnəm əzabı verirdi.
Didye Droqba, Ronaldu, Torres kimi çempionlara qarşı mübarizə aparmaq xoş idi. Sapata isə gecələr də yuxuma girirdi".
Xatırladaq ki, karyerasının böyük hissəsini "Yuventus"da keçirən Bonuççinin son klubu "Fənərbağça" olub. İtaliyalı müdafiəçi karyerasını ötən mövsümün sonunda bitirib.
33 yaşlı Sapata hazırda "Torino"nun uğurları üçün çalışır.
Nihat