"Bayern Münhen" yarımmüdafiəçisi Camal Musialanın maaşını əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
21 yaşlı futbolçunun Bundesliqa nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Münhenlilər Musialanın "Real Madrid"ə keçməməsi üçün onu klubun ən çox maaş alan iki futbolçusundan birinə çevirməyə, ildə 25 milyon avro ödəməyə hazırdır. Klubun ulduzu Harri Keyn klubda məhz bu qədər qazanır.
Bu mövsüm Musiala "Bayern"in heyətində bütün turnirlərdə 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa